“ABŞ Birləşmiş Ərəb Əmirliklərini dəstəkləyir”-

ABŞ prezidenti Donald Tramp, Abu Dabinin vəliəhdi, şahzadə Muhəmməd bin Zayed Al Nahyanla telefonla danışaraq Birləşmiş Ərəb Əmirliklərinə dəstəyini bir daha ifadə edib.

Metbuat.az xəbər verir ki, bu barədə Ağ Ev yazılı açıqlama yayıb. Açıqlamada deyilir:

"Bu gün prezident Donald Trampla vəliəhd, şahzadə Muhəmməd bin Zayid Al Nahyan arasında telefon danışığı olub. Danışıq zamanı ABŞ-ın Birləşmiş Ərəb Əmirliklərinə milli müdafiə, bölgədəki ittifaqları gücləndirmək və İrana qarşı sanksiyalar məsələsində verdiyi dəstək müzakirə olunub. Bundan əlavə, BƏƏ-nin etibarlı neft tədarükçüləri kimi qlobal enerji bazarlarına olan töhfələri də qeyd edilib”.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR