Erməni hərbi qulluqçunun ölümündən yeni detallar:

Dünən intihar etmiş erməni hərbi qulluqçunun ölüm hadisəsi ilə bağlı yeni detallar məlum olub.

Metbuat.az Ordu.az-a istinadən xəbər verir ki, müqaviləli hərbi qulluqçunun şəxsi həyatı ilə bağlı problemləri olub.

Problemin onun sevdiyi qızla bağlı olduğu bildirilir. Yayılan bəzi söz-söhbətlərə görə, hərbi qulluqçu ilə evli qadın arasında danışıq baş tutub və bu danışıqdan sonra o, hərbi hissədə intihar edib. Yeri gəlmişkən məlumatlara görə, S.Narek intihar etməmişdən əvvəl məktub yazıb.

O, məktubda şəxsi həyatı ilə bağlı olan problemləri geniş şəkildə təsvir edib.

Xatırladaq ki, dünən Ermənistan Müdafiə Nazirliyinin hərbi polis idarəsindən Ermənistan İstintaq Komitəsinə daxil olan məlumatda bildirilib ki, saat 08:20 radələrində Ermənistan Müdafiə nazirliyinin “N” saylı hərbi hissəsinin müqaviləli hərbi qulluqçusu S.Narek hərbi hissənin silah anbarında özünə atəş açıb.

S.Narek Mikaelyan adına Cərrahiyyə İnstitutuna yerləşdirilib. Baş vermiş hadisə ilə əlaqədər Ermənistan Cinayət Məcəlləsinin 110-cu maddəsi (intihar həddinə çatdırmaq) ilə cinayət işi açılıb. Hadisə İrəvan şəhərində yerləşən hərbi hissələrdən birində baş verib. Saat 11:35 radələrində isə S.Narekin bioloji ölüm keçirməsi hadisəsi qeydə alınıb.

Cinayət işi üzrə ilkin istintaq davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR