Mixail Qorbaçov İndoneziyada keçirilən

İndoneziyalı ekoloq və siyasətçi Mixail Qorbaçov Dom aprelin 17-də keçirilmiş parlament seçkilərində təmsil etdiyi siyasi partiya ilə birlikdə məğlub olub. Lakin o, siyasi fəaliyyətini davam etdirəcəyini bildirib.

Metbuat.az Azərtaca istinadla xəbər verir ki, 32 yaşlı Mixail Qorbaçov 2024-cü ilin parlament seçkilərində də namizədliyini irəli sürəcəyini bildirib. O, İndoneziya Həmrəylik Partiyasının üzvüdür.

Rusiya mətbuatının bu gənc siyasətçiyə böyük maraq göstərməsi isə onun adı ilə əlaqədardır. Belə ki, ötən əsrin 1980-ci illərinin sonunda dünyaya gələn siyasətçinin valideynləri ona həmin vaxt siyasətdə populyar olan SSRİ-nin son prezidenti Mixali Qorbaçovun adını qoyublar. Onun familiyası isə Domdur.

Rusiyalı jurnalistlərə müsahibə verən Mixail Qorbaçov Dom deyib ki, yaxın zamanda Moskvaya səyahət etmək istəyir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR