Azərbaycan islahatların keçirilməsində böyük irəliləyişə nail olub.

Metbuat.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger Bakıda "Alumni Fair" təhsil sərgisi zamanı deyib.

O deyib: "Biz Azərbaycanın islahatların keçirilməsində səylərini dəstəkləyirik. Azərbaycan bu sahədə böyük irəliləyişə nail olmuş gənc ölkədir".