Ukraynanın Daxili İşlər naziri Arsen Avakov ölkədə seçkiöncəsi vəziyyəti "Taxt oyunları" serialı ilə müqayisə edib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə erməni əsilli nazir Tvitter hesabında yazıb.

Nazirin sözlərinə görə, artıq 3-cü gecədir ki, serialın yeni mövsümünə baxa bilmir, çünki seçki yarışını diqqətlə izləyir.

"Cəlb etmir - Ukrayna reallıqları daha maraqlıdır", - Avakov yazıb.

Qeyd edək ki, Ukraynada prezident seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək.

Milli.Az