Şri-Lankada törədilmiş terror aktlarında özlərini partladaraq çoxsaylı insan tələfatına səbəb olmuş iki nəfərin şəxsiyyəti müəyyənləşdirilib.
Milli.Az Virtualaz.org-a istinadən xəbər verir ki, bunlar Əbu Mühəmməd və Zahran Haşindir. Zahran Haşinin fotoşəkli də yayımlanıb.
Bildirildiyinə görə, o, sosial şəbəkə istifadəçilərinə yaxşı tanışdır və dəfələrlə İŞİD-i müdafiə edən qeydlər paylaşıb.
Hər iki kamikadze "Şanqri-La" otelindəki partlayışda həlak olub.
Milli.Az