Bu ölkədə güclü ZƏLZƏLƏ oldu -

Filippinlərdə 6,3 bal gücündə zəlzələ baş verib.

Metbuat.az xarici KİV-ə istinadən bildirir ki, ABŞ Geoloji Araşdırmalar Mərkəzi zəlzələnin paytaxt Manilaya 60, Santiyaqo şəhərinə 30 kilometr məsafədə baş verdiyini açıqlayıb.

"Reuters" xəbər agentliyinə danışan hadisə şahidlərindən biri Maniladakı binaların silkələndiyini və böyük panika yaşandığını qeyd edib. Zəlzələ nəticəsində bəzi alış-veriş mərkəzləri və otellər təxliyə edilib.

Dağıntı və insan tələfatı ilə bağlı məlumat verilməyib.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR