"Neftçi" komandası ciddi itki ilə üzləşib

"Neftçi" komandası ciddi itki ilə üzləşib
20:17 22 Aprel 2019
82 Digər
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Azərbaycan Premyer Liqasının 25-ci turunda səfərdə "Sabah”la oyunun əvvəllərində zədələnərək əvəzlənən "Neftçi"nin futbolçusu Kirilo Petrovun vəziyyətinə aydınlıq gəlib.
"Report" klubun saytına istinadən xəbər verir ki, tibbi baxışın nəticələrinə əsasən, ukraynalı müdafiəçi budun arxa qrup əzələlərinin gərilməsi diaqnozu ilə üç həftə müalicə olunacaq.
Qeyd edək ki, qarşılaşma "Neftçi"nin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Kirilo Petrov bu mövsüm 24 oyunda meydana çıxıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/neftci-komandasi-ciddi-itki-ile-uzlesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR