Eyfel qülləsi qaranlığa

Fransanın paytaxtı Parisdəki məşhur Eyfel qülləsi Şri-Lankada törədilmiş terror aktları nəticəsində həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq qaranlığa bürünüb.

Metbuat.az CNN telekanalının saytına istinadla xəbər verir ki, artıq dünyada baş verən dəhşətli fəlakətlərin qurbanlarının xatirəsini bu üsulla yad etmək Fransa paytaxtında bir ənənə halını alıb. Eyfel qülləsinin sosial şəbəkələrdəki səhifəsində deyilir: “Bu gün, axşam saat 12-dən etibarən Şri-Lankada terror hücumlarının qurbanlarının xatirəsini anmaq üçün mən öz işıqlarımı söndürürəm”.

Xatırladaq ki, aprelin 21-də Pasxa bayramı zamanı Şri-Lankada törədilən partlayışlar seriyası nəticəsində azı 290 nəfər həlak olub, 500-ə yaxın insan isə yaralanıb.

Eyfel qülləsinin işıqları sonuncu dəfə 2017-ci ilin mayında – İngiltərənin Mançester şəhərində konsert zamanı 22 nəfərin ölümü ilə nəticələn terror aktından sonra söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR