Gəncə, 6 may, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Böyük Qafqaz landşaftında torpaq və meşələrin davamlı idarə olunması” layihəsi üzrə təlimlərə başlanılıb.
AZƏRTAC xəbər verir ki, universitetin yer quruluşu və meliorasiya, ekologiya mühəndisliyi və meşəçilik kafedralarının professor, müəllim və magistrantlarının iştirakı ilə keçirilən təlimlər beynəlxalq ekspert Andrey Kvitovski və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının nümayəndələri tərəfindən aparılır.
Təlimlər 6 gün davam edəcək.