Dağıntılar altından insan səsləri eşidildi -

Filippində baş verən zəlzələdə ölənlərin sayı 11 nəfərə çatıb.

Metbuat.az xarici KİV-ə istinadən bildirir ki, dağıntılar altında qalan 30 nəfərin xilasedilmə tədbirləri davam edir.

Xilasedicilər jurnalistlərə açıqlamasında beton blokların altında bir nəfərin hələ də sağ olduğunu bildiriblər.

Paytaxt Manilada baş verən zəlzələnin ardınca ən azı 52 afterşok qeydə alınıb, şəhərdəki bəzi otel və alış-veriş mərkəzləri təxliyə edilib, metro səfərləri dayandırılıb.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR