Plastik qablarda qida qızdırmaq olarmı?

Plastik qablarda qida qızdırmaq olarmı?
21:42 23 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Dünya Səhiyyə Təşkilatı, məişət əşyalarının tərkibində orqanizmə ziyanlı olan 800 kimyəvi maddənin adını açıqlayıb.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, onların əksəriyyətini plastik qabların tərkibində tapmaq olar. Tədqiqat nəticəsində məlum olmuşdur ki, mikrodalğalı sobada qızdırılan plastik qabların 95%-dən kimyəvi maddələr ayrılır. Qızdırılma zamanı zəhərli maddələr konteynerin divarından keçərək qidaya təsir edir.

Alimlərin nəzərinə görə, bu maddələr insanın endokrin sisteminə təsir edərək, autoimmun xəstəliklər, piylənmə, astma, diabet, sonsuzluq və xərçəng əmələ gətirir.

ABŞ-ın milli ekologiya səhiyyə institutu, qidanı saxlamaq və qızdırmaq üçün yalnız şüşə, paslanmayan polad və keramika qablarından istifadə etməyi məsləhət görür.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/748498.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR