Kim Çen In Rusiyaya gedib

Kim Çen In Rusiyaya gedib
06:57 24 Aprel 2019
107 Digər
Ölkə mətbuatı
A- A+

KXDR lideri Kim Çen Inın olduğu zirehli qatar Şimali Koreya – Rusiya sərhədini keçib və Primorski diyarının cənubunda yerləşən Xasan stansiyasına gedib.
"Report" xəbər verir ki, bu barədə çərşənbə günü Xasan rayon dumasının çərşənbə günü stansiya ərazisində qatarı qarşılayan deputatı Natalya Karpovaya istinadən TASS məlumat yayıb.
Onun sözlərinə görə, KXDR lideri vaqondan düşüb və ona gül dəstəsi təqdim edib. Daha sonra Kim Çen Ina "duz-çörək" verilib.
O, həmçinin "Kim İr Senin evi" kimi məşhur olan Rusiya-Koreya dostluq evini ziyarət etmək üçün stansiyada yubanıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/kim-cen-in-rusiyaya-gedib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR