İŞİD 9-cu partlayışı etdi - FTB hərəkətə keçdi - FOTOLAR

İŞİD 9-cu partlayışı etdi - FTB hərəkətə keçdi - FOTOLAR
11:38 24 Aprel 2019
92 Dünya
Ölkə mətbuatı
A- A+

Şri-Lankada daha bir partlayış baş verib.

Publika.az xəbər verir ki, hadisə paytaxt Kolomboda yerləşən “Savoy” film salonunda meydana gəlib.

Partlayış film salonunun yanında saxlanılan motosikletə bərkidilmiş qurğunun vasitəsilə həyata keçirilib. Hadisə zamanı ölən və yaralananların olduğu barədə hər hansı məlumat yoxdur.

Qeyd edək ki, Şri-Lankada 21 aprel tarixində baş verən 8 silsilə partlayış nəticəsində 359 nəfər həlak olub, 500 yaralı var. Terror aktlarının xristianların müqəddəs Pasxa bayramı günü təşkil edilməsi diqqət çəkir.

Şri-Lankanın müdafiə nazirinin müavini hücumlarla bağlı açıqlama verib. Müavin bildirib ki, teraktları gerçəkləşdirənlərdən biri İngiltərə və Avstraliyada təlim keçib. Toplamda 9 kamikadze təsbit edilib. Bunlardan 8-nin şəxsiyyəti müəyyən olunub.

ABŞ Federal Təhqiqatlar Bürosu öz nümayəndələrini teraktlarla bağlı istintaq aparmaq üçün Şri-Lankaya ezam edib.

Qeyd edək ki, teraktın məsuliyyətini İŞİD terror təşkilatı öz üzərinə götürüb.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/dunya/276577.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR