Lavrov və ATƏT-in baş katibi Qarabağ münaqişəsi ilə bağlı

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ATƏT-in baş katibi Tomas Qreminger Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT-in rolu barədə fikir mübadiləsi aparıb.

Metbuat.az-ın məlumatına görə, Trend bu barədə Rusiya XİN-ə istinadən məlumat verir.

Qeyd olunur ki, tərəflər T.Qremingerin 8-ci Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak üçün Moskvaya səfəri çərçivəsində görüşüb:

“Danışıqlar zamanı ATƏT-in Avro-Atlantika regionunda etimadın yüksəldilməsi və hərbi-siyasi vəziyyətin deeskalasiyası işində artan rolu vurğulanıb. Təşkilatın terrorçuluqla, narkotiklərin qanunsuz dövriyyəsi və kibercinayətkarlıqla mübarizədə potensialının artırılmasının vacibliyi təsdiq edilib”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR