Dünyanın ən uzun seçki marafonunun yaşandığı Hindistanda maraqlı hadisə baş verib.

Metbuat.az BBC-yə istinadən verir ki, hakim dairələr 1 nəfərin yaşadığı meşədə şirlərin sıx olduğu ərazidə seçki məntəqəsi yaradıb. Məntəqə nümayəndələri 69 yaşlı kişinin səs verməsini təmin etmək üçün 70 km məsafə qət edib.

Yaşlı şəxsin 2002-ci ildən bəri bu yolla səs verdiyi bildirilir. Məlumata görə, məbəddə mühafizəçi işləyən şəxs, ərazini tərk edə bilmir. Bu üzdən hakim dairələr onun hüququnu təmin edir. Qeyd edək ki, Hindistanda aprelin 11-də başlayan parlament seçkiləri mayın 19-da başa çatacaq. 900 milyon seçicinin səsvermə hüququ var.

Anar Türkeş / Metbuat.az