Moskvada son illərin rekord temperaturu qeydə alınıb.

Metbuat.az-ın məlumatına görə, paytaxtda termometrlər 22,3 dərəcə isti göstərir.

"Fobos" hava mərkəzinin mütəxəssisi Aleksandr Sinenkov deyib ki, son 13 ilin ən isti 24 aprel tarixi 2012-ci ildə qeydə alınıb. Həmin vaxt temperatur +21,3 dərəcə olub.

Sabah isə Moskvada istilik 24 dərəcəyə qədər yüksələcək.

Anar Türkeş / Metbuat.az