"Latsio"nun fanatları İtaliyanın faşist diktatoru Mussolininin xatirəsinə həsr edilmiş aksiya keçiriblər

"Latsio"nun fanatları İtaliyanın faşist diktatoru Mussolininin xatirəsinə həsr edilmiş aksiya keçiriblər
04:17 25 Aprel 2019
121 Digər
Ölkə mətbuatı
A- A+

İtaliyanın "Latsio" futbol komandasının fanatları "Milan"la matçdan əvvəl qəribə aksiya keçiriblər.
Bu barədə "Report" CNN.com-a istinadən xəbər verir.
Bildirilir ki, "Latsio"nun pərəstişkarları matçdan əvvəl üzərində İtaliyanın və dünyanın ilk faşist dikatoru Benito Mussolinin adı yazılmış plakat qaldırıblar. Onlar habelə əllərində "Benito Mussolininin şərəfinə" yazısı olan plakat tutublar. Fanatlar bununla yanaşı, Milanda faşist salamı ilə salamlaşıblar.
"Ansa" informasiya agentliyi bildirib ki, plakat Milanda, Loreto meydanı yaxınlığında asılıb. Qeyd edək ki, 1945-ci ilin 28 aprelində dünyanın və İtaliyanın ilk faşist diktatoru Benito Mussolini sonuncu məşuqəsi Klara Petaççi, eləcə də digər yüksək vəzifəli faşistlərlə birlikdə bu meydanda partizanlar tərəfindən güllələnib. Partizanlar bundan sonra meydanda onların cəsədini asıblar.Yeri gəlmişkən qeyd edək ki, Mussolinini həbs edən partizanlar arasında azərbaycanlı əsgər Vilayət Hüseynov da vardı. Diktatorun yürütdüyü müharibə siyasəti İtaliyada 350 mindən çox insanın məhvi ilə nəticələnib. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/latsio-nun-fanatlari-mussoliye-hesr-edilmis-aksiya-keciribler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR