İnsan alverində ittiham olunan Türkiyə vətəndaşı Gökhan Tavukçu və Aynurə Qocayevanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası mayın 1-nə təyin edilib.
Qeyd edək ki, hər iki şəxs Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onlar barəsində insan alveri ittihamı irəli sürülüb.
G.Tavukçu və A.Qocayeva Azərbaycan vətəndaşları olan 4 qadını Türkiyə Respublikasına apararaq, insan alverinə məruz qoyublar.