Türkiyədə futbol oyunu zamanı gözlənilməz hadisə baş verib.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, "Kayserispor"un əsas və U-21 komandaları arasındakı əsas komandanın heyətində meydana çıxan Batuhan İlhanın ağzına arı girib.

Klubun 19 yaşlı yetirməsinin bu hadisədən sonra vəziyyəti pisləşib və həkimlərin ilkin müdaxiləsinə baxmayaraq, oyunu davam etdirə bilməyib. Futbolçu xəstəxanaya aparılıb. Batuhan tibbi müdaxilələrdən sonra evə buraxılıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Oyun zamanı futbolçunun ağzına arı girdi, xəstəxanalıq oldu - VİDEO - FOTO Oyun zamanı futbolçunun ağzına arı girdi, xəstəxanalıq oldu