Mübariz Qurbanlı: "Beynəlxalq ictimaiyyətin əsas vəzifəsi radikalizmin aradan qaldırılmasıdır"

Mübariz Qurbanlı: "Beynəlxalq ictimaiyyətin əsas vəzifəsi radikalizmin aradan qaldırılmasıdır"
16:42 25 Aprel 2019
67 Digər
Ölkə mətbuatı
A- A+

"Beynəlxalq ictimaiyyətin əsas vəzifəsi radikalizmi və terrorizmi aradan qaldırmaqdır".
"Report" xəbər verir ki, bunu Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakıda keçirilən ikinci Azərbaycan-Avropa Dinlərarası Dialoq və Radikalizmə qarşı Mübarizə Konfransında deyib.
O qeyd edib ki, ekstremist əhval-ruhiyyənin yayılmasına təsir göstərən bir sıra amillər var: "Azərbaycan ən müxtəlif dini, etnik və mədəni qrupların bir araya gələrək əla anlaşdığı və birgə yaşadığı unikal nümunələrdən biridir. Bütün bunlar dövlətçiliyimizin əsasında qoyulub".
Onun sözlərinə görə, indiyədək ölkədə dinlərarası münaqişə zəmnində heç bir qarşıdurma olmayıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/qurbanli-beynelxalq-ictimaiyyet-radikalizmi-aradan-qaldirmalidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR