Tarixin ən böyük ikinci...

Afrika ölkələrindən Botsvanada bu günə qədər kəşf edilən ən böyük ikinci almaz olan 1.758 karatlık nəhəng bir almaz tapılıb.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, tapılan almazın rəqiblərindən fərqli olaraqrekord qiymətə satılmayacağı bildirilib.

Almazın sahibi Lukara Diamond Korpun verdiyi açıqlamada “Karove” layihəsi çərçivəsində tapılan tennis topu böyüklükdəki daşın dəyişkən keyfiyyətdə olduğu bildirilib. Digər almazların əksinə dəyərli parlaqlıqda olmadığı deyilib.

Çox məhsuldar bir mədən olan Karovedə 2015-ci ildə Lesedi La Rona adı verilən 1.109 karatlıq almaz tapılmış və 53 milyon dollara satılmışdı. Kəşf edilən ən böyük almaz 1905-ci ildə Cənubi Afrikadakı Pretoria yaxınlığında tapılan 3.106 karatlıq Cullinan olaraq bilinir.

http://metbuat-az.com/news/1175402/dodaqlarina-dolgu-etdirmek-isteyen-qadin.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR