Şri Lankada ötən gün tarixində polis əmakdaşları və milli ordunun əsgərləri naməlum şəxslər tərəfindən atəşə tutulub.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində iki hərbçi və bir nəfər dinc sakin həlak olub, daha üç nəfər xəsarət alıblar. Atışma Şri Lankanın Kalmunay şəhərində olub. Daha sonra həmin şəhərdə üç partlayış qeydə alınıb.

Şri-Lankanın şərqində yerləşən evdə baş verən partlayışdan sonra 15 nəfərin, o cümlədən altı uşağın cəsədi tapılıb. Bu hadisədən sonra, polis adanın şərqində komdendant saatı elan edib.