İndoneziyada daşqınlar nəticəsində 20 nəfər həlak olub

İndoneziyada daşqınlar nəticəsində 20 nəfər həlak olub
04:29 29 Aprel 2019
43 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

İndoneziyada daşqın və torpaq sürüşməsi nəticəsində təxminən 20 nəfər həlak olub.

Trend-in məlumatına görə, bu barədə yerli hakimiyyətlərin açıqlamasında deyilir.

Təbii fəlakətlərlə mübarizə üzrə milli agentliyin nüməyəndəsi olan Sytopo Naqroxo qeyd edib ki, ən azı 17 nəfər həlak olub, doqquz nəfər hələdə itkin düşmüş sayılır. Onun sözlərinə görə, bu yekun say deyil və arta bilər.

Xatirladaq ki, daha oncə İndoneziyanın Benkulu əyalətində daşqın nəticəsində 10 nəfər ölüb, 8 nəfər itkin düşüb. Yüzlərlə ev və tikilərə maddi xeyli dərəcədə ziyan vurulub, onlarla körpü və yollara zərər vurulub.

Qeyd edilir ki, suyun səviyyəsi getdikçə azalır, lakin güclü yağıntiların yenidən başlamasa yeni sürüşmələr və daşqınlar ola bilər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3053841.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR