IMF: "MENA regionun neft ixrac edən ölkələrinin iqtisadiyyatı 2020-ci ildə 2,8% artacaq"

IMF: "MENA regionun neft ixrac edən ölkələrinin iqtisadiyyatı 2020-ci ildə 2,8% artacaq"
13:27 29 Aprel 2019
87 Digər
Ölkə mətbuatı
A- A+

“Beynəlxalq Valyuta Fondu (IMF) bu il Orta Şərq və Mərkəzi Asiya (MENA) ölkələrində 0,4%-lik inkişaf proqnozlaşdırır”. 
“Report” xəbər verir ki, bu barədə qurumun hazırladığı “Regional Economic Outlook”un aprel buraxılışında bildirilir.
Ötən il açıqlanan hesabatda isə bu rəqəm 0,6% olaraq göstərilmişdi. IMF hesab edir ki, bu əsasən İrana qarşı yenilənən sanksiyalar və dekabrda qüvvəyə minən OPEC+ sövdələşməsi ilə əlaqədardır.
“Regionun neft ixrac edən ölkələrinin iqtisadiyyatı 2020-ci ildə 2,8%, 2021-2024-cü illərdə isə iqtisadi artım 2%təşkil edəcək. Bu regionun neft idxalçılarında isə həmin rəqəm 2019-cu ildə 2,1%, 2020-ci ildə - 2,9%, 2021-2024-cü illərdə isə 2,6%-ə bərabər olacaq”, -hesabatda deyilir.
IMF-in Orta Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Cihad Azur (Jihad Azour) isə bildirib ki, qiymətlərin mövcud artımına baxmayaraq, neftin orta müddətli qiymət proqnozları ortalama 60 dollar/barel koridorunda olacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/orta-serq-ve-merkezi-asiya-olkelerinde-bu-il-0-4-lik-inkisaf-olacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR