İran İslam Əlaqələri və Mədəniyyəti Təşkilatının sədri Bakıya gəlib

İran İslam Əlaqələri və Mədəniyyəti Təşkilatının sədri Bakıya gəlib
19:32 30 Aprel 2019
95 Digər
Ölkə mətbuatı
A- A+

İran İslam Əlaqələri və Mədəniyyəti Təşkilatının sədri Əbuzər İbrahimi Türkmən Azərbaycanda səfərdədir.
Səfirlikdən "Report"a verilən məlumata görə, mәqsәd V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmәkdir.
Mayın 2-3-də baş tutacaq tədbirin təşkilatçıları Azərbaycan hökuməti və Mədəniyyət Nazirliyi, tərəfdaşları isə UNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və İSESKO-dur.
Qeyd edək ki, forumda Qana Respublikasının Xarici İşlər naziri Şirli Botçvey, Uruqvayın Xarici İşlər naziri Rodolfo Nin Novoa, Qambiyanın Xarici İşlər naziri Mamadou Tanqara, Monteneqronun Mədəniyyət naziri Aleksandar Boqdanoviç, Mali Respublikasının Mədəniyyət naziri Ramatulaye Diallo, Əlcəzairin Mədəniyyət naziri Meriem Merdaci, İran İslam Əlaqələri və Mədəniyyəti Təşkilatının sədri Əbuzər İbrahimi Türkmən, Qırğızıstanın Mədəniyyət, İnformasiya və Turizm naziri Azamat Zhamankulov, Küveyt Dövlətinin İnformasiya və Gənclərlə iş naziri Mohammad Naser Abdullahı Aljabri, Monteneqronun Daxili İşlər naziri Mevludin Nuhociç, Myanmanın Təhsil naziri Myo Thein Gyi iştirak etmək üçün ölkəmizə səfər edəcək.
Bundan əlavə, forumda 100-dən çox ölkə və 30-dan çox beynəlxalq təşkilatın yüksək səviyyəli rəsmiləri iştirak edəcəkdir. Tədbir BMT tərəfindən təşkilatın rəsmi internet səhifəsi üzərindən canlı yayimlanacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/i-ran-i-slam-elaqeleri-ve-medeniyyeti-teskilatinin-sedri-bakiya-gelib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR