ABŞ Müdafiə Nazirliyi (Pentaqon) sosial şəbəkələrdə İŞİD terror təşkilatının lideri Əbu Bəkir əl-Bağdadinin yayılmış görüntüləri barədə açıqlama yayıb.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, Pentaqonun sözçüsü Şon Robertson görüntülərdən xəbərdar olduqlarını bildirib.

Pentaqon rəsmisi deyib:

"Əbu Bəkir əl-Bağdadinin yayılan video-görüntüsündən xəbərdarıq. Müttəfiqlər mübarizəni davam etdirir, əsas məqsəd İŞİD-i məğlub etməkdir".

İŞİD terror təşkilatının lideri Əbu Bəkir əl-Bağdadi sosial şəbəkələrdə yayılmış video-müraciətində Baquz şəhəri uğrunda döyüşün başa çatdığını bildirib.

Bağdadi həmçinin müraciətində İŞİD döyüşçülərinin öldürülməsində və onların tutulmasında iştirakı olan insanlardan qisas alacağını söz verib.

Milli.Az