Şri-Lanka Prezidenti: "Terror hücumları xaricdə hazırlana bilərdi"

Şri-Lanka Prezidenti: "Terror hücumları xaricdə hazırlana bilərdi"
14:02 1 May 2019
85 Digər
Ölkə mətbuatı
A- A+

"Şri-Lankada Ester bayramı günü törədilən terror hücumları xaricdə hazırlana bilərdi".
“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti Maytripala Sirisena bildirib.
“Terrorçulara xaricdən dəstək verənlərin onlarla əlaqədə olduqlarının ehtimalı yüksəkdir”,- dövlət başçısı deyib.
O, İŞİD tərəfindən yeridilən yeni strategiyada hədəfə daha çox nisbətən kiçik ölkələr götürüldüyünü diqqətə çatdırıb və həmin terrorçu təşkilatın lideri Əbubəkr əl-Bağdadiyə müraciət edərək, ölkəsindən “əl çəkməy”ə çağırıb.
Xatırladaq ki, bu il aprelin 21-də Şri-Lankanın müxtəlif şəhərlərində 8 partlayış törədilmişdi.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/sri-lanka-prezidenti-terror-hucumlari-xaricde-hazirlana-bilerdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR