"Dinlərarası dialoq gücləndirilir"

"Dinlərarası dialoq gücləndirilir"
15:33 1 May 2019
67 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir.

Forum çərçivəsində Latın Amerikası və Karib ölkələri üzrə təmsilçi Elias Szintniki dinlərarası müxtəlifliyin zənginləşməsindən bəhs edib, son dini islahatlardan danışıb.

Publika.az xəbər verir ki, Szintniki Latın Amerikası və Karib ölkələrinin dini mənsubiyyətinin şaxələndiyini bildirib:

"Son dövrədək katoliklik daha çox yayılsa da, artıq yevangelik kilsələrin sayı artır. Bölgənin əsas problemi xristianlıq və yəhudi dini arasındakı münaqişədir. Buna görə də dinlərarası dialoq gücləndirilir. Məsələn, 90-cı illərdə Argentinadakı antisemit qüvvələrin yəhudi icmasına qarşı iğtişaşlarından sonra yəhudilər digər dinlərlə münasibətləri yoluna qoymaq üçün güclü işlər görür.

Yaxın keçmişədək Latın Amerika ölkələrinin rəsmi hakim dini katolik məzhəbi idi. Bəli, bu regionda katolik kilsələr güclü nüfuza malikdir. Kolumbiyada artıq kilsə ilə dövlət bir-birindən ayrılıb. Sülh sazişi ilə bağlı referendumda əksər katoliklər partizanlarla razılığın imzalanmasına qarşı idilər. Bu məqamda dini əməkdaşlıq öz sözünü dedi. Yevangelik kilsələr katolik kilsələri bu sazişə razı saldılar ki, ölkədə sülh bərqərar olsun.

Bu gün Latın Amerikasındakı din müxtəlifliyindən danışanda yevangelik kilsələrin taleyinə də toxunmalıyıq. Ölkələrdə rəsmi mövqeyə əsasən katolik kilsələr olsa da, son vaxtlar Braziliya və digər dövlətlərdə yevangelik kilsələrin təsiri artır. Hətta Braziliyadakı prezident seçkilərində yevangelik kilsə prezidentə dəstək vermişdi. Latın Amerikasında yerli hindu qəbilələrinin və digər xalqların icmaları da mövcuddur. Amazon bölgəsində dinlərarası dialoq sahəsində yeni təcrübələr həyata keçirilir. Belə ki, yerli ruhanilər mütamadi olaraq görüşüb təcrübələrini bölüşəcəklər".

Leyla Sarabi


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/277359.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR