Salyanda yol qəzası olub, İran vətəndaşı xəsarət alıb

Salyanda yol qəzası olub, İran vətəndaşı xəsarət alıb
23:07 1 May 2019
94 Digər
Ölkə mətbuatı
A- A+

Salyan rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında Ələt-Astara magistral yolunun rayonun Xıdırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İran İslam Respublikası vətəndaşı, 1970-ci il təvəllüdlü Əxbəri Cabir Qaçay oğlu idarə etdiyi ağırtonnajlı yük maşını ilə hərəkətdə olarkən anidən idarəetməni itirib və dəmir-beton maneyəyə çırpılıb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı arşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/salyanda-yol-qezasi-olub-i-ran-vetendasi-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR