Bakıda qanlı hadisə: 16 yaşlı məktəbli bıçaqlandı

Bakıda qanlı hadisə: 16 yaşlı məktəbli bıçaqlandı
21:44 2 May 2019
32 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda orta məktəb şagirdi bıçaqlanıb.
 
Hadisə Suraxanı rayonunun Zığ qəsəbəsində baş verib.
 
Qəsəbə sakini, 2003-cü il təvəllüdlü Süleymanov Rəhim İlham oğlu mayın 1-də qəsəbə ərazisindəki "Oba" marketin qarşısında naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
 
Bıçaqlanan azyaşlının vəziyyəti ağır olduğundan onun dindirilməsi mümkün olmayıb.
 
Faktla bağlı Suraxanı rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.
 
Hadisənin kim tərəfindən və hansı şəraitdə bıçaqlanması ilə bağlı araşdırma aparılır.
 
(Trend)

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/313317

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR