Lerik şəhər “Cümə” məscidində “Dini dəyərlər mənəvi dəyərlərimizin tərkib hissəsidir” mövzusunda

Mayın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Lerik Rayon İcra Hakimiyyəti (RİH) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) birgə təşkilatçılığı ilə Lerik şəhər “Cümə” məscidində “Dini dəyərlər mənəvi dəyərlərimizin tərkib hissəsidir” mövzusunda tədbir keçirilib.

Metbuat.az xəbər verir ki, tədbirdə DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov, Lerik RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-Dini qurumlarla işin təşkilatçısı Rafiq Əzizov, QMİ-nin Lerik rayonu üzrə səlahiyyətli nümayəndəsi İlham Əliyev, dini icma sədrləri və din xadimləri iştirak edib. Tədbiri giriş sözü ilə açan DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov çıxışında xalqımızın zəngin milli-mənəvi və dini dəyərlərə sahib olduğunu, bu dəyərlərin qorunmasının vacibliyini qeyd edib. A.Həsənov Ramazan ayının başlanması ilə əlaqədar dini icma sədrləri və din xadimlərini təbrik edərək, vurğulayıb ki, məscidlərdə azanlar QMİ tərəfindən tərtib edilmiş təqvimə uyğun verilməlidir. Lerik RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-Dini qurumlarla işin təşkilatçısı Rafiq Əzizov çıxışında dinimizin milli-mənəvi sərvətimiz olduğunu bildirib. R.Əzizov Ramazan ayı ilə əlaqədar tədbirlərin mövcud qanunvericiliyin tələbləri gözlənilməklə və QMİ-nin fətvasına uyğun keçirilməli olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. QMİ-nin Lerik rayonu üzrə səlahiyyətli nümayəndəsi İlham Əliyev çıxışında dövlətin din xadimlərinə qayğısından danışıb. İ.Əliyev həmçinin Ramazan ayı ilə bağlı dini icma sədrləri və din xadimlərinə tövsiyələrini verib. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR