Oğurluq üçün xüsusi təlim görən meymun kameraya yaxalandı

Hindistanın Uttar Pardeş əyalətində avtomobil yolu kassasının qarşısında dayanan avtomobildən çıxan meymun kassanın içinə girərək pul oğurlayıb.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, kassa işçisi avtomobilin sürücüsünə qəbz verərkən avtomobildən çıxan meymun kassanın pencərəsindən içəri girib. hadisə qarşısında təəccüblənən kassa işçisi özünü meymundan qorumağa çalışarkən meymun kassadan pul götürərək oradan uzaqlaşıb.

Hadisənin şahidləri kassa işçisinin meymunun arxasıyca qaçdığını, amma onu tuta bilmədiyini deyib. Hadisədən sonra kassa işçisi meymunun içindən çıxdığı avtomobilin sürücüsünü sorğuya çəkib. Sürücü isə meymunla heç bir əlaqəsi olmadığını deyib.

Kassa ilə əlaqəli olan bir şirkətin rəhbəri meymunun oğurluq üçün xüsusi olaraq təlim gördüyünü və daha əvvəl də belə bir hadisə ilə qarşılaşdığını bildirib.

https://metbuat.az/news/1180575/xeyalindaki-gelinliyi-geymek-ucun-inanilmaz-sekilde-deyisdi.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR