Bu ölkələrə səyahət etmək təhlükəlidir - SİYAHI

Bu ölkələrə səyahət etmək təhlükəlidir - SİYAHI
17:19 5 May 2019
93 Digər
Ölkə mətbuatı
A- A+

Yeni məkanları gəzmək, görmək, başqa mədəniyyətləri, insanları kəşf etmək üçün səyahət etmək əksər insanlar üçün böyük zövqdür. Ancaq hər yer səyahət üçün uyğun olmaya bilər.
 
Bu səbəbdən də Lent.az womensarticle.com-a istinadən səyahət etmək üçün təhlükəli olan 10 yerlə sizi tanış edir:
 
1. Pakistan İslam Respublikası - Pakistanda "DAEŞ" (İŞİD), "Taliban" və bir çox terror təşkilatları fəaliyyət göstərir. Ölkə bu səbəbdən də səyahət üçün çox təhlükəli olması ilə tanınır və turistlərə bununla bağlı tez-tez xəbərdarlıqlar edilir.
 
2. Nigeriya Federativ Respublikası - ölkədə "Boko Haram" radikal islam setkası fəaliyyət göstərir ki, onlar dövlətin imansızlar tərəfindən idarə edildiyini hesab edir və bu səbəbdən də tez-tez hücumlar baş verir. Burada təhlükəsizlik tədbirlərinin zəif olması səbəbindən səyahətə qarşı xəbərdarlıqların edilməsi geniş yer tutur.
 
3. Yəmən - Ərəbistan yarımadasının cənubunda yerləşən dövlətdir. Burada uzun illərdir ki, vəziyyət gərgin olaraq qalır. Ölkədə çox sayda terror qrupları var. Bundan başqa ölkədə təhlükəsizliklə bağlı situasiya çox gərgindir və tez-tez turistlərin oğurlanması halları yaşanır.
 
4. Venesuela Bolivar Respublikası - dəyişən siyasi atmosfer üçün hazırda ölkədə mübarizə gedir. Ölkədə aclıq problemləri, etirazlar, iqtisadi böhran və gərginlik hökm sürür.
 
5. Kolumbiya Respublikası - 4 ildən artıqdır ki, respublikada narkotik ticarəti, siyasi korrupsiya və zorakı cinayətlər baş verir. Bu səbəbdən də ölkəyə səyahət etmək tövsiyə edilmir.
 
6. El Salvador Respublikası - bura gözəl dağları və şiddətli şəbəkə cinayətləri ilə məşhurdur. Milli parklarda və ictimai yerlərdə isə tez-tez insanlar qaçırdılır. Bundan əlavə ölkə uzun illər vətəndaş müharibələri ilə üzləşib ki, bərpası hələ də tam mümkün olmayıb.
 
7. Keniya Respublikası - burada çox sayda terror qrupları var və tez-tez bomba və silah hücumları olur. Səyahət üçün ən pis vaxtlar isə seçki vaxtları hesab edilir.
 
8. Honduras dövləti  - Mərkəzi Amerikada yerləşən bu dövlətin görmək üçün çox gözəl yerləri var, ancaq bura dünyada ölümcül cinayətləri ilə məşhurdur.
 
9. Misir - ölkədə təhlükə əvvəlki illərə nisbətən azalsa da, hələ də səyahət üçün uyğun yer hesab edilmir. Çünki terror qrupları, üsyanlar Misir üçün adi hala çevirilib və bu təhlükə  hər an baş verə bilər.
 
10. Ukrayna - hal-hazırda Ukrayna və Rusiya arasında qarşıdurma var. Bu səbəbdən də bu ölkəyə səyahət etmək təhlükəlidir.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/313576

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR