"Bayern Münich"in futbolçusu Frank Riberi karyerasını Türkiyədə davam etdirə bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, fransız oyunçu ilə Galatasaray yaxından maraqlanır. Bu barədə Almaniyanın "Bild" nəşri məlumat yayıb.

Xəbərdə, Riberi ilə Galatasaray-la yanaşı, Səudiyyə Ərəbistanının bir neçə klubunun da maraqlandığı bildirilir.

Xatırladaq ki, Riberinin Bayern ilə müqaviləsinin müddəti mövsümün sonunda bitir.

Milli.Az