Türk sahibkar yay mövsümünə “dondurma dönəri” ilə başladı

Türk sahibkar yay mövsümünə “dondurma dönəri” ilə başladı
23:14 5 May 2019
75 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin Elazığ şəhərində dondurma istehsalçısı mövsümə fərqli bir tərzdə başlayıb. 
 
ONA İhlas xəbər agentliyinə istinadla xəbər verir ki, dondurma istehsalı və satışı ilə məşğul olan  Səlahəttin Çətinin bu ideyası bir anlıq müştəriləri də çaşdırıb.
 
Dönər qurğusuna asılmış 300 kiloqramlıq “düm ağ dönər” hər kəsi heyrətləndirib. 
 
Sahibkar dükanının yay mövsümü açılışına maraqdan ətrafa toplanmış müştərilərə pulsuz dondurma paylamaqla start verib. 
 
Ən maraqlısı isə o olub ki, dondurmanı həqiqətən də dönər bıçaqı ilə kəsib qablaşdırıb. 
 
1985-ci ildən səyyar istehsalçılıqla məşğul olan dondurma ustası bildirib ki, bütün məhsullar təbii südlə hazırlanır.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/313589

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR