Təhsil Nazirliyindən qəza ilə bağlı açıqlama

Xəbər verildiyi kimi, Salyan rayonu ərazisində Gənclər və İdman Nazirliyinin tabeliyində olan Şirvan şəhər Uşaq-Gənclər İdman məktəbinin idmançılarını daşıyan mikroavtobus qəzaya uğrayıb.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, qəza zamanı Şirvan şəhəri 16 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdi İlkin Əhmədov dünyasını dəyişib, xəsarət alan 8 nəfər isə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 4 nəfər ilkin tibbi yardımdan sonra evə buraxılıb, digər 2 nəfərin vəziyyəti normaldır və həmin xəstəxanada müalicələri davam etdirilir. 1 nəfər isə kəllə-beyin travması ilə Bakı şəhərinə gətirilib.

Təhsil Nazirliyinin nümayəndəsi Salyan Rayon Mərkəzi Xəstəxanasında müalicə alan şagirdlərə baş çəkib, onların vəziyyəti ilə maraqlanıb:

Avtoqəzada həlak olan İlkin Əhmədovun ailəsinə dərin hüznlə başsağlığı verir və səbr diləyirik. Xəsarət almış şagirdlərə isə Allahdan şəfa diləyirik.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR