ÇL: İspaniyanın hegemonluğu başa çatıb, Messi və Ronaldosuz final olacaq

ÇL: İspaniyanın hegemonluğu başa çatıb, Messi və Ronaldosuz final olacaq
10:04 8 May 2019
70 Digər
Ölkə mətbuatı
A- A+

 
Çempionlar Liqasının İspaniyanın paytaxtı Madridin “Metropolitano” stadionunda keçiriləcək final oyununda bu ölkənin komandası oynamayacaq.
 
ONA-nın məlumatına görə, İspaniyanın yarışdakı son təmsilçisi “Barselona” “Liverpul”a uduzub.
 
Evdə 3:0 hesabı ilə qalib gəlib, ardınca səfərdə 4 cavabsız qol buraxan kataloniyalıların mübarizəni dayandırması ilə İspaniyanın hegemonluğuna son qoyulub. Belə ki, son 6 ildə ilk dəfə kuboku başqa ölkə təmsilçisi qazanacaq.
 
2012/13 mövsümündə yaşanan “Bavariya” ilə Dortmund “Borussiya”sı arasında Almaniya finalından (2:1) sonra Çempionlar Liqasında yalnız İspaniya təmsilçiləri, iki nəhəng – “Real”la “Barselona” kuboku başı üzərinə qaldırırdı. Madridlilər 2013/14, 2015/16, 2016/17 və 2017/18, barselonalılar 2014/15 mövsümündə Avropanın ən güclüsü olmuşdu. Bu il isə hər iki komanda mövsümü başa vurduğundan mükafat İspaniyanı tərk edəcək.
 
Bu, həm də son 6 ildə futbolun iki canlı əfsanəsi – Lionel Messi və Kriştianu Ronaldosuz ilk final olacaq. İspaniyasız finalda onların komandaları da olmayacaq. “Bavariya” – “Borussiya” finalından sonra məhz bu iki ulduzun komandaları kuboku qazanırdılar. Bu dəfə Messili “Barselona” kimi, Ronaldonun yeni klubu “Yuventus” da turnirdə çıxışını dayandırıb.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/313888

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR