"Bu günə qədər Azərbaycanda 2 milyard 58 milyon ton neft hasil olunub".
Metbuat.az-ın məlumatına görə, bunu Azərbaycan Milli Neft Komitəsinin iclasında Komitənin sədri, Energetika naziri Pərviz Şahbazov bildirib. Onun sözlərinə görə, bu neftin 746 milyon tonu müstəqillik dövrünə aiddir:
"Hazırda orta gündəlik neft hasilatı təxminən 770 min barreldir".
Günay Elşadqızı / METBUAT.AZ