"Bu gün neft ehtiyatlarının işlənməsi, neft sənayesinin investisiyası ilə təmin edilməsi ilə yanaşı, neftin qiymətinin sabitləşdirilməsi prosesində də iştirak edirik".

Metbuat.az-ın məlumatına görə, bunu Azərbaycan Milli Neft Komitəsinin iclasında Komitənin sədri, Energetika naziri Pərviz Şahbazov bildirib. Onun sözlərinə görə, eyni zamanda neftin qiymətlərdən asılılığının azaldılması üçün hasilatda səmərəliliyə nail olunması, neftdən əlavə dəyər yaradan məhsul kimi istifadə edilməsi istiqamətində tədbirlər görülür:

"Həmçinin quruda və açıq dənizdə ilk dəfə neft hasilatının, neft sənayesində bir sıra mühüm ilklərin beşiyi kimi ölkəmizin dünyada tanıdılmasına çalışırıq".

Günay Elşadqızı / METBUAT.AZ