"Bakı "Dünya Neft Şurası"nın 2023-cü ildə keçiriləcək 24-cü Dünya Neft Konqresinə ev sahibliyi etməsi üçün namizədliyini verib".
Metbuat.az-ın məlumatına görə, Azərbaycan Milli Neft Komitəsinin iclasında Komitənin sədri, Energetika naziri Pərviz Şahbazov bildirib. Nazirin sözlərinə görə, lazımi dəstəyin qazanılmasında Milli Neft Komitəsinin üzərinə mühüm vəzifələr düşür: "Bununla bağlı mühüm tapşırıqlar verilib. Milli Neft Komitəsi ölkəmizin neft-qaz sektorundakı maraqlarını" Dünya Neft Şurası" beynəlxalq təşkilatında fəal təmsil edir. 24-cü Dünya Neft Konqresinə namizəd 2019-cu ilin iyun ayında Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçiriləcək növbəti iclası zamanı gizli səsvermə ilə müəyyən ediləcək. Azərbaycanla yanaşı, Kanada, Birləşmiş Ərəb Əmirlikləri, Argentina və Qazaxıstan da namizəd ölkələr sırasındadır".
Günay Elşadqızı / METBUAT.AZ