Keçmiş məhkum pansionatından 4 ədəd televizor oğurladı

Keçmiş məhkum pansionatından 4 ədəd televizor oğurladı
11:19 8 May 2019
68 Digər
Ölkə mətbuatı
A- A+

Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə mayın 5-nə keçən gecə Mərdəkan qəsəbəsi ərazisindəki müalicə pansionatından 4 ədəd televizorun oğurlanması barədə müraciət daxil olub.
 
​DİN Mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə, müraciətlə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə bağlı cinayətlərə görə məhkum olunmuş V.Əliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/313878

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR