Türkiyənin Sivas bölgəsindən olan 72 yaşlı Süleyman Büyükimdat illər əvvəl işləmək üçün Almaniyaya gedib.
Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, yaşlı adam yay tətilini keçirmək üçün Balıkesirin turistik Güre məhəlləsində ev alıb. Büyükimdat iki il əvvəl də dostu ilə birlikdə sagildə həm kölgəlik yaratması, həm də xoş qoxusu olması səbəbilə 40 iydə ağacı əkib. Amma adamın əkdiyi iydə ağaclarına zərər verilib.
Büyükimdat baş verən hadisədən sonra keçən il yenidən eyni bölgədə iydə ağacları əkib. Bu il tətilini erkən edən Büyükimdat ağaclara yenidən zərər gəlməsin deyə sahildə gözətçilik etməyə başlayıb.
Bəzi ağacların yerindən söküldüyünü , bəzilərinin isə qurudulduğu iddia edən Süleyman Büyükimdat “Sadəcə bu ağaclar üçün Almaniyadan terkən gəldim. Lazım gələrsə sadəcə yay aylarında deyil, daha uzun müddət burada qalıb, iydələrə zərər verilməsinin qarşısını alaram” deyə bildirib.



http://metbuat-az.com/news/1183192/bele-cilginliq-gorulmeyib.html