Səudiyyə Ərəbistanı və BƏƏ neft hasilatının həcmi ilə bağlı birtərəfli qərarlar qəbul etməyəcək -

Energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanının neftin qiyməti ilə bağlı Azərbaycanla danışıqlar aparıb-aparmasını şərh edib.

Metbuat.az-ın məlumatına görə, nazir bildirib ki, Azərbaycan təkcə Səudiyyə Ərəbistanı ilə deyil, ümumiyyətlə OPEC+ formatında əsas təşkilatçılıq funksiyasını həyata keçirən OPEC-in Katibliyi ilə daim əlaqədədir:

"Bu ünsiyyət mütəmadi həyata keçirilir. Bundan başqa OPEC+ formatı ölkələrinin nümayəndələri ilə də daima əlaqə saxlayırıq. O cümlədən Səudiyyə Ərəbistanı bu prosesdə çox önəmli rol oynayan ölkədir və ona görə də bu ölkə ilə də daim əlaqə saxlayırıq, müzakirə edirik. Bizdə olan məlumata görə iyun ayına qədər Səudiyyə Ərəbistanı, o cümlədən Birləşmiş Ərəb Əmirlikləri öz neft hasilatının həcmi ilə bağlı bir tərəfli qərarlar qəbul etməyəcək. Nazirlərin ümumi görüşünü gözləyib müzakirələrin nəticəsi kimi hər hansı bir addım ata bilərlər".

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR