“Biz, avropalılar nüvə anlaşmasının saxlanılmasında hələ də maraqlıyıq”.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Şteffen Zaybert mayın 8-də Berlində keçirdiyi brifinqdə deyib.
“Almaniya bu istiqamətdə səylərini davam etdirir və İranın razılaşmaya tam əməl etməsini gözləyirik. Nə qədər ki İsrailin mövcudluğunu şübhə altına qoyacaq, İranla normal münasibət mümkün olmayacaq”, - nazir vurğulayıb.
Qeyd edək ki, mayın 8-də İran prezidenti Həsən Ruhani ölkəsinin nüvə razılaşmasından qismən çıxacağını bildirib.