Bişkek, 7 may, AZƏRTAC
Qırğızıstanın “Piramida” televiziya kanalında Ulu Öndər Heydər Əliyev haqqında tanınmış rejissor Andrey Konçalovskinin çəkdiyi “Hakimiyyətin yükü” adlı film nümayiş etdirilib.
Mayın 10-da filmin birinci hissəsi, 11-də isə ikinci hissəsi Qırğızıstanın “KTRK” dövlət televiziya kanalında nümayiş olunacaq.
Filmdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs olunur. Ümummilli lider Heydər Əliyevin 1969-cu ildən 1982-ci ilədək Azərbaycana rəhbərlik etdiyi, eləcə də Moskvada işlədiyi dövr də filmdə əhatə olunub.
Kino əsərində dünya şöhrətli siyasi xadim Heydər Əliyevin müstəqil Azərbaycanda yenidən hakimiyyətə qayıtması, ölkəni böhrandan xilas etməsi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində atəşkəs elan olunması sahəsindəkı xidmətləri sənədlərin dili ilə canlandırılır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek