Milyonlarla heyranı olan popstarın konserti iyulun 25-nə paytaxtdakı restoranlardan birində baş tutacaq. Azis Milana səhnəni estrada sənətində öz dəsti xətti ilə seçilən məhşur müğənni Ayan Babakişiyeva ilə bölüşəcək.
Konsertin təşkilatçısı Samir Xəttab bolqar popçu ilə Ayanın səhnə performansının uğurlu alınacağı qənaətindədir.
Artıq konsert hazırlıqları başlayaıb. Konsertdə azərbaycanlı müğənni yeni mahnıları, yenilənən stili ilə sözün əsl mənasında tamaşaçısını heyrətə gətirəcək. Təfərrüatını açmayan A.Babakişiyeva həmin günün bayrama çevriləcəyinə söz verib.
“İmici ilə fərqlilik yaradan Azis bu konsertdə təəccübləndirə biləcək yeganə ifaçı olmayacaq. Möhtəşəm şou, qeyri-adi geyimlərim və səhnə görüntüləri hazırlanır. Stilim artıq müəyyən olunub. Azis səsini dinləyib, bəyəndiyim ifaçıdır. Onunla səhnəni məmnuniyyətlə paylaşıb, əsl şou yaradacağımıza əminəm”.
Mənbə
ANS PRESS