Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Bəxşeyiş Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən B. Əliyev 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Bəxşeyiş Əliyev şəhər sakinlərinin etibarından sui-istifadə edərək onlardan pul alıb. Pulun müqabilində heç bir iş görməyib. Vətəndaşların şikayəti əsasında polis tərəfindən saxlanılan B. Əliyev barəsində cinayət işi açılıb. B. Əliyev Cinayət Məcəlləsinin 178.3.2 (külli-miqdarda dələduzluq) maddəsi ilə cinayət işi açılıb.