Aprel ayında “Elektron hökumət” portalı üzərindən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin elektron xidmətlərinə edilən 179196 müraciətin 75 999-u mobil cihazlarla bağlı 2 xidmətin payına düşüb.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, müraciətlərin 41 104-ü mobil cihazların qeydiyyatdan keçirilməsi ilə bağlı olub.

“Mobil cihazların IMEI kodunun yoxlanılması” xidmətindən isə 34 895 dəfə istifadə olunub.

CAHANGİR