[ 07 May 2015 16:31 ]



Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov müavinləri – Elçin Şirinov və Aydın Bəyişovla birlikdə Qobustan, Şamaxı, Ağsu, Göyçay rayon polis şöbələrinin müvəqqəti saxlanma yerlərində monitorinq keçiriblər.

Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, monitorinq zamanı onlara qeyri-insani rəftar və işgəncə faktı ilə bağlı müraciət edən olmayıb: “Saxlanılan şəxslər əsasən, narkotik istifadəçiləri və inzibati qaydada həbs olunanlar idi. Saxlanma şəraiti, qidalanma, həkimlər tərəfindən qeydiyyatın aparılması ilə maraqlandıq. Hər hansı qanun pozuntusu aşkar edilmədi”.